NƏŞRİYYAT

 
Hüquqi və fiziki şəxslər üçün kitabların, dərgilərin və müxtəlif məzmunlu digər ədəbiyyatın nəfis tərtibatda nəşrini və Beynəlxalq standart kitab nömrəsi – ISBN ilə dərc olunmasını istəyirsinizsə bizə müraciət edin.

POLİQRAFİYA

 
Dərslikıəri, dərs vəsaitlərini, bədii və elmi ədəbiyyatı, o cümlədən dissertasiyaları, avtoreferatları, məqalələri və digər çap məhsullarını vaxtında və yüksək keyfiyyətdə təhvil verməklə müəlliflərin etibarını və məmnuniyyətini qazanmışıq.

TƏRCÜMƏ

 
Biz istənilən mövzulu mətnlərin xarici dillərdən (ingilis, fransız, alman, ispan, italyan, yapon, çin, koreya, ərəb, fars, rus, polyak, bolqar, yunan, çex və. s) Azərbaycan dilinə və əksinə keyfiyyətli tərcüməsini həyata keçiririk.

Haqqımızda

"MÜTƏRCİM" - Nəşriyyat-Poliqrafiya Mərkəzi 1993-cü ildən fəaliyyət göstərən "Mütərcim" - Tərcümə Mərkəzinin təsisçiliyi ilə yaradılmışdır. Azərbaycan Respublikasında yaradılan ilk özəl nəşriyyatlardandır. Əsasən tərcümə ədəbiyyatlarının, lüğətlərin, ali və orta ixtisas məktəbləri üçün dərslik və dərs vəsaitlərinin nəşri sahəsində ixtisaslaşmışdır. İldə orta hesabla 100-120 adda kitab nəşr edir. Nəşriyyatın yüksək ixtisaslı kadr potensialı və müasir tələblərə cavab verən maddi-texniki bazası vardır. Nəşriyyatın nəşr etdiyi kitablar öz məzmunu, oxucu auditoriyasını qiymətləndirmək, bədii tərtibat və nəfis çap baxımından həmişə yüksək qiymətləndirilmişdir.
 Nəşriyyat 1999 və 2001-ci illərdə «İlin nəşriyyatı» adına layiq görülmüşdür. Bir sıra respublika və beynəlxalq kitab sərgilərinin nominantı olmuşdur. Müxtəlif kitab sərgi və yarmarkalarda nəşriyyatın çap etdiyi kitablardan A.Hacyevin «Renessansnıy mir «Xamse» Nizami Qyandjevi» - «ən məzmunlu kitab», R.Əkbərovun «İlk tibbi yardım» kitabı – «tibbi biliklərin təbliği», V.Yusiflinin «Tənqid də yaradıcılıqdır» kitabı – «ən yaxşı tənqidi kitab», T.Cəfərovun «Tyrko-slavyanskiye svyazi v literature drevney Rusi» kitabı – «ən yaxşı ədəbiyyat tarixi kitabı», R.Əkbərovun «Povest və hekayələr» kitabı – «ilin satira kitabı», F.Dostoyevskinin «Karamazov qardaşları» romanı (tərcümə edəni Telman Vəlixanlı) – «ilin bədii tərcümə kitabı», «Dilçilik ensiklopediyası» – «ilin filoloji layihəsi», həmçinin «Mütərcim» jurnalı – «ilin tərcümə jurnalı» və s. nominasiyaların qalibi olmuşdur.
 Nəşriyyat respublikanın yaradıcı birlikləri (Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, «Sodrujestvo», «Luç», «Yujnıy treuqolnik» və s.), respublikanın və xarici ölkələrin nüfuzlu ali təhsil ocaqları (Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənayə İnstitutu, əl-Fərabi adına Qazaxıstan Dövlət Universiteti, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu, Voronej Dövlət Pedaqoji İnstitutu (Rusiya) və s., elmi-tədqiqat müəssisələri (AMEA-nın Ədəbiyyat, Dilçilik İnstitutları və s.,) Azərbaycan Respublikasının Təhsil İnstitutu, həmçinin xarici ölkələrin bir sıra qabaqcıl nəşriyyat və jurnalları («Zlatoust», «Sputnik+», «RAE», «Rosizdat», «Litera», «Nauka i jizn Kazaxstana» və s.) ilə sıx əməkdaşlıq edir.

"Mütərcim" Tərcümə Mərkəzi filologiya elmləri doktoru, professor Telman Cəfərovun (Vəlizxanlı) təşəbbüsü ilə 1993-cü ildə təsis edilmişdir və bu gün də öz işini uğurla davam etdirir. Mərkəz aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

  • İstənilən mövzulu mətnlərin xarici dillərdən (ingilis, fransız, alman, ispan, italyan, ərəb, fars, rus, polyak, bolqar, yunan, çex və. s) Azərbaycan dilinə və əksinə keyfiyyətli tərcüməsi;
  • Kitab, broşüra, qəzet və jurnalların nəşrə hazırlanması və çapı;
  • Dissertasiya və avtoreferatların, digər mətnlərin kompüterdə yığımı və çapı;
  • Ali məktəblərin bakalavriat və magistratura səviyyələrinə, Dövlət qulluğuna və müəllimlərin işə qəbuluna hazırlıq.
  • İngilis dili və kompüter kurslarının təşkili.
 Mərkəzdə yüksək ixtisaslı 10 əməkdaş fəaliyyət göstərir.

     Nəşr olunmuş kitablar seriyasından fotoslayd:

Bizimlə işləməyin 4 üstün cəhəti:

Münasib qiymətlət
Yüksək texnoloji avadanlığa və ixtisaslı kadr potensialımıza malik olmağımız bizə imkan verir ki, qiymət siyasətimizi əlçatan və hər müştərimizin cibinə uyğun təşkil edə bilək.
Təcili sifariş və operativ çatdırma
Peşəkar yanaşma
Kadr resursları siyasəti

Xidmətlər

İnnovativ layihələrə hər zaman açıq olan "Mütərcim" - Nəşriyyat-Poliqrafiya və Tərcümə Mərkəzi adından da göründüyü kimi, üç əsas istiqamət üzrə fəaliyyət göstərir:
 1. Hüquqi və fiziki şəxslər üçün kitabların, dərgilərin və müxtəlif məzmunlu digər ədəbiyyatın nəfis tərtibatda və Beynəlxalq standart kitab nömrəsi – ISBN ilə nəşrini həyata keçirir.
  2. Bütün növ çap məhsullarının vaxtında, yüksək keyfiyyətdə və unikal dizaynda tərtibatını və çapını reallaşdırır.
  3. İstənilən mövzulu mətnlərin xarici dillərdən (ingilis, fransız, alman, ispan, italyan, yapon, çin, koreya, ərəb, fars, rus, polyak, bolqar, yunan, çex və. s) Azərbaycan dilinə və əksinə kontekstə uyğun, keyfiyyətli tərcüməsini təşkil edir.
 Əlavə məlumat almaq üçün bizə yazın, yaxud ofisimizə gəlin.
 Biz Sizin xəyallarınızı gerçəkləşdiririk və uğurlu yolunuzun müşayiətçisiyik.
Hörmətlə,
"Mütərcim" komandası

Poliqrafiya məhsulları

Stolüstü, divar və cib təqvimləri, broşürlər, kataloqıar, posterlər, pankartlar, plakatlar, flayerlər, lifletlər, açıqcalar, biletlər, dəvətnamələr, rolaplar, afişalar, etiketlər, firma blankları, qovluqlar, qablaşdırma və miniatür qutular və s. Menecerdən soruş

Rəqəmsal və ofset üsulu ilə çap

Yüksək peşarlıqlar Sizin arzularınıza və ideyalarınıza uyğun sifarişləri qəbul edirik. Menecerdən soruş

Dizayner xidmətləri

Biz bütün növ çap məhsullarına xüsusi dizayner xidmətləri təklif edirik. Menecerdən soruş

Çapdan sonrakı emal prosesi

Tirajlanmış çap məhsulları çap edildikdən sonra mütləq emal prosesindən keçməlidir..Menecerdən soruş

Tipoqrafiya

Bu gün biznesin elə bir sahəsi yoxdur ki, oarada tipoqrafiya xidmətləri olmadan keçinmək mümkün olsun. Menecerdən soruş

"Mütərcim" jurnalı

A rtıq 25 ildən çoxdur ki, "Mütərcim" ədəbi, elmi, tərcümə jurnalı Azərbaycanda və dünyada tanınmış yazıçıların, ədəbiyyatçıların, elmi və mədəniyyət xadimlərinin bədii trbunası kimi fəaliyyət göstərir. Yerli və xarici elm adamlarının, akademiklərin, professor-müəllim heyətinin, həmçinin gənc yazıçı və tərcüməçilərin öz təcrübələrini paylaşdığı və yaradıcılığını nümayiş etdirdiyi bu elm dərgisi əsasən dünya ədəbiyyatı korifeylərinin əsərlərinin orijinaldan Azərbaycan dilinə, Azərbaycan yazarlarının əsərlərinin xarici dillərə tərcümələrini, həmçinin bədii tərcümə işinin aktual problemləri, tərcüməçilik işi, tərcümə sənəti, tərcümə nəzəriyyəsi və tarixi, ədəbiyyatşünaslıq və s. mövzuda respublikamızın tanınmış mütəxəssislərinin elmi məqalələrini öz səhifələrində işıqlandırır.
 Jurnalda «Bədii tərcümə», «Elmi-filoloji tərcümələr», «Tərcümə problemləri», «Tərcümə təriximizdən», «Tərcümə örnəklərimiz», «Ədəbiyyatşünaslıq», «Tarixdə türklər», «Nəsr», «Poeziya», «Ədəbi birliklər və dərnəklər» və s. rubrikalar fəaliyyət göstərir.
 Dərgi V.Şekspirin «Hamlet», «Kral Lir», «Maqbet»; F.Nitsşenin «Zərdüşt belə demişdir»; A.Kamünün «Taun»; E.Heminqueyin «Yağış altında pişik»; B.Poulsenin «Fil sümüyündən qüllə»; X.Kortasarın «Qorxulu yuxular»; O.Uayldın «Fövqaladə fişəng»; J.P.Sartrın «Divar», «Ədəbiyyat nədir»; E.A.Ponun «Morq küçəsində qətl»; G.Mopassanın «Cehiz»; C.Stüartın «Məhəbbət»; A.Miskeviçin «Pan Tadueş»; F.M.Dostoyevskinin «Karamazov qardaşları», «Gülməli adamın yuxusu», «Atalar və oğullar»; Y.Haşekin «Qoçaq əsgər Şveykin sərgüzəştləri»; A.K. Doylun «Ledi Frensis Karfaksın yoxa çıxması, «Masqreyvlər ailəsinin ritualı»; G.Hegelin «Müsəlmanlıq»; E.Kolduelin «Kristi Tökerin ölümü»; S.Dalinin «Sürrealizm mənəm»; M.Acinin «Qıpçaq çölünün yovşanı»; U.S.Moemin «Həyati hadislər», «Edvard Barnardın dönüklüyü», «Neyl Makadam»; R.Şeklinin «Mütləq silah»; H.Beytsin «Fransa üzərində küləklər»; Q.Qrinin «Canlılar yaşayan otaq»; Ə.Nəvainin «İnsan ürəyi yeyən hind»; T.Hüseynin «Əli və övladları»; C.Bayron, K.Simonov, A.Morua, Y.Yevtuşenko, N.Rubtsov, V.Şimborska, A.S.Puşkin, M.Y.Lermontov, Lonqfellou, A.Opi, C.Kits, U.Vüdsövs, B.Posternak, V.Mayakovski, S.Yeseninin şeirləri və s. kimi dünya ədəbiyyatı korifeylərinin əsərlərinin orijinaldan tərcümələrini öz səhifələrində işıqlandırmışdır.
 Jurnal S.Məmmədzadə, S.Mustafa, S.İsgəndərov, E.Borçalı, M.Hacıyev, A.Qasımova, A.Abbasov, H.Orucov, M.Qocayev, Q.Əhmədov, M.Hacıyev və digər peşəkar tərcüməçilərlə sıx əməkdaşlıq edir.
 «Mütərcim» jurnalı 2003-ci ildə keçirilmiş IV Bakı Kitab Bayramında «İlin tərcümə jurnalı» nominasiyasının qalibi olmuşdur.

Komandamız

P eşəkar və təcrübəli komandamız hər zaman bütün məsuliyyəti və peşəkar xidmət səviyyəsi ilə müştəri məmnuniyyətini ön plana çəkərək Sizin arzu, istək və təkliflərinizə əsasən iş planını ən yüksək keyfiyyətdə qurmağa daim maraq göstərməkdədir.

 Hər hansı bir xidmət və çap məmulatı, onun keyfiyyəti, nümunəsi və qiyməti ilə maraqlanmaq istəyirsinizsə, saytmızın müvafiq bölmələrini, sosial şəbəkələrdəki səhifələrimizi ziyarət edə və ya elektron poçt ünvanı vasitəsilə müraciət edə yaxud birbaşa zəng vura bilərsiniz.

Alish Aghamirzayev
Əliş Ağamirzəyev İcraçı direktor
info@mutercim.az

Matanat Garakhanli
Mətanət QaraxanlıRedaktor
info@mutercim.az

Nurlan Mammadli
Nurlan MəmmədliReklam üzrə menecer

Tərəfdaşlarımız

Biz təkcə fiziki şəxslərlə deyil, həm də yerli və beynəlxalq statusa malik hüquqi şəxslərlə işləyirik. Rusiya, Qazaxıstan, Türkiyə, Ukrayna, Gürcüstan və s. kimi ölkələrlə müqavilələr bağlayaraq müxtəlif tədbirləri birgə təşkil edir və ölkəmizin digər dövlətlərlə yaratdığı elmi-mədəni və təhsil əlaqələrinin gücləndirilməsinə öz töhfəmizi veririk. Məhz bu amil bizi yerli və xarici partnyorların daim diqqət mərkəzində saxlayır.

    • BSU
    • ADU
    • EIF
    • BBMM
    • BF
    • AYB
    • ADNSU
    • ural-airlines