Çap olunan nəşrlərimiz

Ş.T.Səmədova, M.N.Bayramova, S.N.Rzayeva, A.T.Musayeva, K.O.Nəzərova. Cinayət hüququ (Dövlət İmtahanı suallarının şərhi). Dərs vəsaiti. –Bakı: Mütərcim, 2022. – 176 s.

Машаллах Мафтун. Голос Муслима (поэма). Перевел c азербайджанского языка Г.Пачхаташвили. — Баку: Мутарджим, 2021. — 96 стр.

Элена Борисова. По ту сторону радуги. – Баку: Мутарджим, 2022. – 168 стр.

Farida Mammadova. Caucasian Albania and Albanians. Second edition. Baku: Mutarjim, 2021. 512 p., with colored inserts

The work explores the key issues in the history of political, social, and cultural life of historical Azerbaijan, specifically Albania (3rd–8th centuries BC – 8th century AD), and further aspects of the late Albanian history in the 9th–19th centuries, reconstructing the ethnic and political boundaries of the state, feudal institutions, state power structure, continuity and succession of its rule. It further describes the history of emergence and establishment of Christianity as a state religion, as well as the rise of the Albanian Apostolic Autocephalous Church, the establishment ofcanon law, the development of the Albanian historical and literary tradition in the 5th–19th centuries, the formation of the Albanian ethnic community and its role in the ethnogenesis of theAzerbaijani people. The book also explains the ways and methods used for the transformation and de-ethnicization the Albanians, reveals their role in the history of Cilicia in the 11th–14th centuries,and explores the Albanian origins of the Karabakh problem.

Protected by the copyright legislation of the Republic of Azerbaijan. The book or any part thereof may not be reproduced without the author’s written permission. Any effort to break the law will be prosecuted.

Ahmedê Hepo. XWEZİLA… Bi zimanê Kurdî û Azerbaycanî povêst ûserhatî. – Bakı, Mütərcim, 2021. 112 səh.

Qewmandinên povêstê yên ku jîyanê da hev alîyane, yên kuwede wana bi zimanekî bedewî rûpêl, rûpêl dide vekirinê, didezelalkirinê. Ew buyerên salên Şerê salên 1941-1945-da derketine holê, salên dirêj têne domandinê. Mêrxasên povêstê ji malbeteke kurdanin. Bona rojên wane dijwar û serfînîyazra bibî nas, ya qenc ewe, povêstê bi sebir, şirîn-şirîn bixwîne. Pirtûkê da çend serhatî yên bi zimanê azerbaycanî jî cî girtine.

Yazıçı Ahmedê Həponun Kürd və Azərbaycan dillərində yazdığıpovest və hekayələrdə təsvir olunan hadisələr İkinci Dünyamüharibəsi illərində başlayır və dövrümüzədək davam edir. Əsərinqəhrəmanları sadə və zəhmətkeş bir kürd ailəsinə mənsubdurlar. Həmin qəhrəmanların qəmli-kədərli, eləcə də sevincli günləri ilə tanış olmaq istəyirsinizsə əsəri diqqətlə, sevə-sevə oxumağa çalışın.

Nəsiman Yaqublu. Polyakların Azərbaycanda fəaliyyəti.
Bakı, Mütərcim, 2021. 144 səh.

Kitabda Azərbaycanda yaşamış polyakların XIX əsrin sonu, XX əsrinəvvəllərində və Azərbaycan Xalq Cümhuriyyəti dövründəki (1918-1920) fəaliyyəti araşdırılmışdır. Müxtəlif sahələrdə çalışmış polyaklar neft sənayesinin inkişafında və Bakıda tarixi binaların arxitektura quruluşunun formalaşmasında önəmli roloynamaqla yanaşı, sonradan Azərbaycanın müstəqil dövlət quruculuğu prosesindədə yaxından iştirak etmişdilər. Bu kitab ali məktəblərin müəllim və tələbləri, eləcə də araşdırmaçılar üçün ciddi vəsait olmaqla yanaşı, Azərbaycan-Polşa əlaqələrinin və bütövlükdə beynəlxalq əlaqələr sistemimizin də öyrənilməsində əsaslı mənbədir.

İmaməliyeva Leyla Məcid qızı. “Kitabi-Dədə Qorqud” eposununtədqiqi məsələləri. Monoqrafiya. – Bakı: Mütərcim, 2021. – 224 səh.

“Kitabi-Dədə Qorqud” eposunun tədqiqi məsələləri” adlı monoqrafiyaAzərbaycan xalqının dəyərli ədəbi incisi olan “Kitabi-Dədə Qorqud”ahəsr olunmuşdur. Monoqrafiyada eposun şifahi və ya yazılı olması probleminətoxunulmuş, Drezden, Vatikan, Berlin və Günbət nüsxələri haqdaətraflı bəhs açılmışdır. Eposun Azərbaycan, Türkiyə, Almaniya, Rusiya,Ukrayna, İtaliya, Fransa, Serbiya, Macarıstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və bir sıra başqa ölkələrdə öyrənilməsi məsələləri də monoqrafiyadayer almışdır. Monoqrafiyanın sonuncu fəsli “Kitabi-Dədə Qorqud”eposunun kitab variantının dünya dillərində çapı məsələlərinə həsrolunmuşdur.

Ənvər Çingizoğlu, Aydın Ziyadlı. İsmayıl xan Ziyadxanov (monoqrafiya). Bakı: Mütərcim, 2021, 152 səh.

Bu kitab Rusiya I Dövlət Dumasının nümayəndəsi, Azərbaycan Cümhuriyyətinin qurucularından biri, siyasi və ictimai xadim İsmayıl xan Ziyadxanovun həyat və fəaliyyəti haqqındadır.Kitabda arxiv sənədlərindən, müxtəlif dillərdə çap olunmuş elmi əsərlərdən faydalanaraq ciddi axtarışlar aparılmış, Azərbaycanın milli, hüquqi və demokratik dövlətçiliyinin əsasını qoymuş həmin şəxslə bağlı geniş məlumatlar təqdim edilmişdir.Kitab tədqiqatçılar, müəllim və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Əzizə Ələkbərova. Zərdabi “Ədəbiyyat qəzeti”nin səhifələrində. (“Əkinçi” qəzetinin 145 illiyinə ithaf olunur) Bakı: Mütərcim, 2020, 288 s.

Kitabda milli mətbuatımızın bünörəsini qoyan Həsən bəy Zərdabi haqqında “Ədəbiyyat qəzeti”ndə 1934-cü ildən 2016-cı ilə qədər nəşr olunmuş tədqiqatlar toplanmışdır. “Qəzetin muradı xalqın gözünü açmaqdır… Qəzet dərviş kimi nağıl deyə bilməz, onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərin, ta ki xalq öz nikubədindən xəbərdar olub onun əlacının dalınca olsun. Doğru deyiblər ki, doğru söz acı olar. Amma bizə hökm olub ki: deyin sözün doğrusunu acı da olsa!”.

Maksans Fermin. Qar (roman). Bakı: Mütərcim, 2020, 84 səh.

Maksans Ferminin «Qar” romanında qəhrəman daim qar haqqında düşünür və əsərə Artur Rembodan «Yalnız qar haqqında düşünmək” misrası epiqraf seçilib. Mən Rembonun həmin misralarını öz məntiqim çərçivəsinə salaraq yozuram ki, şair bu misrayla bizi yalnız bir şey haqqında – ancaq qar barəsində düşünməyə – uşaq saflığına səsləyir.Maksans Fermin ilk kitabı olan «Qar» romanından (1999) sonra məşhurlaşıb. Əsər dünyanın bir çox dillərinə tərcümə edilib, böyük tirajlarla dəfələrlə çap edilib. Onun bir az da Eqzüperini xatırladan özünəməxsus roman-pritçaları ona «XX əsrin nağılçısı» şöhrətini qazandırıb.

F.Y.Veysəlli. Seçilmiş əsərləri. Studia Philogica VI. – Bakı: Mütərcim, 2021. – 448 səh.

Kitabda müasir dilçiliyin aktual problemləri və Azərbaycan dilçili-yində az işıqlandırılmış məsələlər müzakirə olunur. Müəllif neçə illik pe-daqoji fəaliyyətində xüsusi önəm verdiyi dilçilik problemlərini anlaşıqlı dildə və müasir dilçilik mənbələrinə müraciət edərək onları sadə şəkildə şərh edir. İnanırıq ki, bu kitab da müəllifin əvvəlki kitabları kimi geniş oxucu kütləsinin artan tələbatını ödəməkdə mühüm mənbə olacaqdır.

Rüstəm Rəsulov. XX əsr Azərbaycan nəsrinin poetikası motiv analizi. Filologiya fakültəsinin magistratura pilləsi üçün dərs vəsaiti. Bakı: Müətrcim, 2021. – 200 səh.

Dərs vəsaitində XX əsr Azərbaycan nəsrinin poetikası motiv səviyyəsində nəzərdən keçirilir. Bu zaman semiotik, dilçi, musiqişünas B.Qasparovun motiv analizinə üstünlük verilir. Dərs vəsaiti filologiya fakültəsinin magistratura bölməsi üçün yazılmışdır. Kitabdan “XX əsr Azərbaycan ədəbiyyatı”, “Nəsrin poetikası”, “Bədii nəsrin mifopoetikası”, “Ədəbiy-yatın müasir problemləri” və digər seçmə fənlərin tədrisində istifadə oluna bilər.